hia.az

Kiyevdə ABŞ ilə nadir torpaq metallarına dair sazişin bağlanması əleyhinə mitinq keçirilir

59 dəfə baxılıb 26-02-2025, 13:59

Kiyevdə ABŞ ilə nadir torpaq metallarına dair sazişin bağlanması əleyhinə mitinq keçirilir

ABŞ-nin Kiyevdəki səfirliyi qarşısında Ukraynada faydalı qazıntıların hasilatı haqqında sazişin bağlanmasına qarşı aksiya keçirilir.

Bu barədə UNİAN məlumat yayıb.

Etirazçılar bu cür sazişlərin imzalanmasının müharibənin sonuna qədər təxirə salınmasını və onlara təhlükəsizlik zəmanətlərinin əlavə olunmasını tələb edirlər.

Bu arada Ali Rada “Avropa həmrəyliyi” və “Səs” fraksiyalarının minerallarla bağlı saziş üzrə danışıqlara qatılan hökumət nümayəndələrini parlamentə dəvət etmək tələbini dəstəkləməyib.

“Avropa həmrəyliyi” fraksiyasının həmsədri İrina Geraşenko sosial şəbəkə hesabında bildirib ki, Ali Radanın bu gün keçirilən plenar iclasında bu təklifi cəmi 114 xalq deputatı dəstəkləyib.

Qeyd edək ki, ABŞ və Avropa İttifaqı ayrı-ayrılıqda Ukraynaya nadir torpaq metallarının istifadəsinə dair saziş bağlamağı təklif edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi