hia.az

DYP yollarda gizli buzlanma ehtimalına qarşı sürücülərə müraciət edib

60 dəfə baxılıb 25-02-2025, 10:27

DYP yollarda gizli buzlanma ehtimalına qarşı sürücülərə müraciət edib

Yollarda gizli buzlanma ehtimalına qarşı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

Bu barədə idarədən məlumat yayıb.

Müraciətdə deyilib ki, müəyyən edilmiş sürət həddinə ciddi riayət etməyə, hərəkət zamanı ara məsafəsini düzgün seçməyə və təhlükəli manevrlərdən çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyini düşünməyə çağırıb:

"Son günlər ölkəmizdə müşahidə olunan şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır. Belə vəziyyətdə sürücülər tərəfindən yolun vəziyyəti düzgün qiymətləndirilmir və bu hal yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Xüsusilə sürət həddinin aşılması və düzgün ara məsafəsi saxlanılmaması qəza riskini artıran əsas səbəblərdəndir.
Unutmaq olmaz ki, yüksək sürətlə hərəkət edən avtomobilin dayanma məsafəsi artır, bu isə qəfil maneələr qarşısında sürücünün nəzarəti itirməsinə və ağır nəticələrə səbəb ola bilir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi