hia.az

Bakıda su xəttində baş vermiş qəzanın nəticələri aradan qaldırılır

61 dəfə baxılıb 25-02-2025, 09:19

Bakıda su xəttində baş vermiş qəzanın nəticələri aradan qaldırılır

Bakının Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Məlumata görə, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.

Qəza baş verəndən dərhal sonra əraziyə Agentliyin və aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qəza aradan qaldırıldıqdan sonra qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi