hia.az
hia.az

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub

37 dəfə baxılıb 24-02-2025, 09:35

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub

Azərbaycana dövlət səfərinə gələn Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.

Pakistan və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.

Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi