hia.az

Ali Məhkəmənin nümayəndə heyəti Qazaxıstanda səfərdədir

72 dəfə baxılıb 19-02-2025, 09:39

Ali Məhkəmənin nümayəndə heyəti Qazaxıstanda səfərdədir

Azərbaycan Ali Məhkəməsinin nümayəndə heyəti Qazaxıstandakı məhkəmə islahatları ilə tanış olmaq məqsədilə bu ölkədə səfərdədir.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iş səfəri çərçivəsində bu ölkənin ali məhkəmə orqanını ziyarət edib.

"Bu, son üç ildə Azərbaycan hakimlərinin Astanaya üçüncü səfəridir. Səfərin məqsədi Qazaxıstan məhkəmələrində aparılan islahatların ətraflı öyrənilməsidir", - Qazaxıstan Ali Məhkəməsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Qazaxıstan Ali Məhkəməsinin sədri Aslambek Merqaliyev qonaqlara əsas təşəbbüslər, o cümlədən inzibati ədliyyənin inkişafı, apellyasiyanın rolunun gücləndirilməsi, ailə məhkəmələrinin yaradılması, kassasiya baxışının təkmilləşdirilməsi və s. barədə məlumat verib.

Məhkəmələrin maliyyələşdirilməsinin yeni modelinin tətbiqi, hakimlərin peşəkar qiymətləndirilməsi metodologiyasının təkmilləşdirilməsi və məhkəmə icraatının rəqəmsallaşdırılması vasitəsilə hakimlərin müstəqilliyinin gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

Azərbaycan nümayəndə heyəti, həmçinin respublika məhkəmələrinin fəaliyyətinin təhlili və monitorinqi ilə məşğul olan Qazaxıstan Ali Məhkəməsinin Situasiya Mərkəzinin imkanları ilə tanış olub. Qonaqlar Qazaxıstan məhkəmələrində tətbiq edilən süni intellekt elementləri və robotlaşdırma prosesləri olan İT xidmətlərinə xüsusi maraq göstəriblər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti paytaxtın məhkəmələrinə, Astana Beynəlxalq Maliyyə Mərkəzinin Arbitraj Mərkəzinə və Qazaxıstanın Ali Məhkəmə Şurasına səfər etməyi planlaşdırır.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi