hia.az
hia.az

Azərbaycanda artıq fəxri adlar VERİLMİR

56 dəfə baxılıb 11-02-2025, 11:04

Azərbaycanda artıq fəxri adlar VERİLMİR

Azərbaycanda son illərdə bəzi sahələrdə fəaliyyət göstərən şəxslərə fəxri adların verilməsi dayandırılıb.

Sözügedən sahələrə jurnalist, müəllim və sənət adamları daxildir.

Belə ki, ölkəmizdə “Əməkdar jurnalist” və “Əməkdar müəllim”, "Xalq artisti" adları sonuncu dəfə 2022-ci ildə, "Əməkdar incəsənət xadimi", "Əməkdar artist" adları 2018-ci ildə verilib.

Fəxri adların verilməsinin dayandırıldığı rəsmi açıqlanmayıb. Ancaq Mədəniyyət Nazirliyindən bir müddət əvvəl bildirilib ki, qurumun dəsti-xətti ilə son üç ildə heç bir sənət adamına “Əməkdar” və “Xalq” fəxri adları verilməyib.

2023-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, bəstəkar Emin Sabitoğlunun qızı Ceyran Mahmudovaya “Əməkdar mədəniyyət işçisi” adı verilsə də, bu ad nazirlik tərəfindən irəli sürülməyib.

Dövlət Statistika Komitəsinin 2024-cü il statistikasına əsasən ölkəmizdə 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır. "Xalq" fəxri adına görə ayda 200 manat, “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd verilir.

Qeyd edək ki, Azərbaycanda bəzi ictimai şəxslər fəxri adların Sovet dövründən qalan bir ənənə olduğunu və onların ləğv edilməsinin vacib olduğunu düşünürlər. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi