hia.az

Nazir müavini: Bir çox bələdiyyələr fəaliyyət göstərə bilmir

58 dəfə baxılıb 10-02-2025, 10:42

Nazir müavini: Bir çox bələdiyyələr fəaliyyət göstərə bilmir

Bələdiyyələr formalaşdıqdan sonra aparılan təhlillər onu göstərir ki, bir çox bələdiyyələr fəaliyyət göstərə bilmir, ərazisində yaşayan əhalinin texniki təminatını təmin etməyə qadir deyillər.

Bunu bu gün Milli Məclisin Regional məsələlər iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin (2024-cü il üzrə) müzakirəsində ədliyyə nazirinin müavini Toğrul Hüseynov deyib.

Toğrul Hüseynov bildirib ki, buna görə də bələdiyyələrin birləşdirilməsi texnikasından istifadə olunur: “Ərazisində müəyyən təminatları həyata keçirməkdə çox ciddi çətinliklərlə üzləşməkdə olan bələdiyyələr var idi. Buna görə də bələdiyyələrin birləşdirilməsi mexanizmi çərçivəsində özünü idarə etmə iqtidarında olmayan bələdiyyələrin birləşməsi təmin edilib. 1606 bələdiyyənin sayı 685-ə qədər azaldılıb. Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılmasında bələdiyyələrin birləşdirilməsi mühüm rol oynayacaq. Bələdiyyələrin formalaşdırılması işi davam etməkdədir. Görüləsi işlər çoxdur”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi