hia.az
hia.az

Dəhşətli qəzada ölənlərdən biri qazi imiş - Foto

41 dəfə baxılıb 6-02-2025, 10:16

Dəhşətli qəzada ölənlərdən biri qazi imiş - Foto

Xəbər verdiyimiz kimi, fevralın 4-ü gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Qəzada həyatını itirən şəxslərdən biri – 39 yaşlı Rövşən Emin oğlu Hüseynov Vətən müharibəsi qazisi imiş. 2020-ci ilin oktyabrın 13-ü döyüşdə ağır yaralanan Rövşən 3-cü qrup əlilliklə ordudan təxris edilib.

Onun 2 azyaşlı övladı yadigar qalıb.

Qeyd edək ki, hadisə vaxtı Samir Paşayevin idarə etdiyi “Saipa” markalı avtomobillə 22 yaşlı Nazim Musayevin sükanı arxasında olduğu “Toyota Prius” markalı maşın toqquşub. Nəticədə “Saipa”da olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və “Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.

“Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi