hia.az
hia.az

“Politico”: Avropa İttifaqı ABŞ ilə əlaqələri qurmaq üçün lobbi şirkəti cəlb edib

56 dəfə baxılıb 6-02-2025, 09:03

“Politico”: Avropa İttifaqı ABŞ ilə əlaqələri qurmaq üçün lobbi şirkəti cəlb edib


Avropa İttifaqı (Aİ) diplomatları ticarət mübahisələri şəraitində ABŞ ilə əlaqələri qurmaq üçün Respublikaçılar Partiyası ilə əlaqəli “DCI Group” lobbi şirkətinin xidmətlərindən istifadə etməyi qərara alıblar.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

Məlumata görə, nəşrin tanış olduğu sənəddə bildirilib ki, “DCI Group” "ABŞ-də Aİ nümayəndəliyinə xarici maraqlı tərəflər üçün kommunikasiya və ictimaiyyətlə əlaqələr strategiyası məsələləri üzrə məsləhət verəcək. Eyni zamanda xüsusi diqqət ABŞ-də Aİ-nin ticarət və investisiyalarının təşviqinə yönəldəcək.

Avropa Xarici Fəaliyyət Xidmətinin (Avropa İttifaqının vahid diplomatik xidməti) Vaşinqton şirkəti ilə bağladığı müqavilənin müddəti və məbləği barədə məlumat verilmir. Qəzetin sorğusuna cavabda təşkilatın diplomatik xidmətindən qeyd edilib ki, ABŞ-dəki Aİ nümayəndəliyi ölkədəki ictimaiyyətlə əlaqələrin təşviqi üçün müxtəlif resurslardan istifadə edir.

Daha əvvəl bildirildiyi kimi, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqından bütün idxala 10 % gömrük rüsumu tətbiq etmək imkanını nəzərdən keçirir. Vaşinqton administrasiyasında bu məsələ ilə bağlı tam razılıq hələ əldə edilməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi