hia.az
hia.az

Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edəcək

28 dəfə baxılıb 4-02-2025, 09:50

Ədliyyə naziri Şirvanda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov 14 fevral 2025-ci il tarixində Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.

Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidir:

"Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 fevral tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və contact@justice.gov.az e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər. Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi