hia.az

Bu xanım deputata yeni vəzifə verildi

46 dəfə baxılıb 3-02-2025, 12:33

Bu xanım deputata yeni vəzifə verildi

Milli Məclisdə daha bir ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklikdə əksni tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan-Oman Sultanlığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

İşçi qrupuna rəhbərlik deputat Səbinə Salmanovaya həvalə edilib.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi