hia.az

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

58 dəfə baxılıb 3-02-2025, 11:53

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.

Bununla bağlı parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında məsələ müzakirə olunub.

Yaz sessiyasının qanunvericilik işləri planına Prezidentin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, seçki hüququ olan 40 min vətəndaşın, Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, "2024-cü il dövlət büdcəsinin icrası haqqında", "Hərbi qulluqçuların statusu haqqında" və "Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi" haqqında qanun layihələri daxil edilib.

Həmin müddətdə Dövlət Qulluğu Məcəlləsi layihəsinin hazırlanması da nəzərdə tutulur.

Müzakirələrin sonunda Milli Məclisin 2025-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi