hia.az
hia.az

İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrup yaradılıb

41 dəfə baxılıb 30-01-2025, 10:42

İlkin tibbi sanitariya yardımı xidməti ilə bağlı İşçi Qrup yaradılıb

İlkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı Səhiyyə Nazirliyi və İcbari Tibbi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) birgə İşçi qrup yaradıb.

Bununla bağlı İTSDA sədri Zaur Əliyev Milli Məclisdə keçirilən “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda dinləmədə deyib.

O qeyd edib ki, məqsəd ilkin tibbi sanitariya yardımı xidmətinin hazırlanması ilə bağlı işlərin həllidir:

“Ən vacib məsələ odur ki, yaşadığı regiondan asılı olmayaraq hər kəsin tibbi xidmətlərə əlçatanlığı təmin olunsun. İlkin səhiyyə xidməti hansı ölkədə güclüdürsə, orada əhali daha sağlam yaşayır. Bu, əlaqələndirici zəncirin bir hissəsidir. İlkin səhiyyə xidməti nə qədər güclü olsa, müraciət edən şəxs düzgün şəkildə əlaqələndiriləcək. Burada söhbət sadəcə göndərişdən getmir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi