hia.az
hia.az

İran Prezidenti: ABŞ-dən danışıqlarla bağlı heç bir məlumat almamışıq

19 dəfə baxılıb 29-01-2025, 13:08

İran Prezidenti: ABŞ-dən danışıqlarla bağlı heç bir məlumat almamışıq

İran danışıqlarla bağlı ABŞ-dən hələ ki heç bir məlumat almayıb.

Bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.

Məlumata görə, jurnalistin “ABŞ İslam Respublikasına hər hansı məlumatı göndərib” sualına cavabında prezident deyib: “Xeyir, biz hələ heç bir məlumat almamışıq”.

Bu günlərdə İranın xarici işlər naziri Abbas Ərakçi “Sky News”a müsahibəsində bildirib ki, ABŞ Prezidenti Donald Trampı sövdələşmə bağlanması üzrə danışıqlara başlamağa hazırdır.

Xatırladaq ki, 2015-ci ilin yayında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Çinlə İran arasında Tehranın nüvə proqramı üzrə Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. ABŞ-nin 2016-cı ilin yazında bu müqavilədən çıxması ilə proses dayanıb.

Son zamanlar İran yeni razılaşma müqaviləsi imzalamaq istədiyinin bəyan edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi