hia.az
hia.az

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

39 dəfə baxılıb 29-01-2025, 07:51

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək.

Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günü kimi təsbit edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi