hia.az

Bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradıldı

51 dəfə baxılıb 28-01-2025, 09:59

Bələdiyyə seçkiləri ilə bağlı İşçi qrup yaradıldı

Ombudsman Aparatında bələdiyyə seçkiləri zamanı operativ məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə İşçi qrup yaradılıb.

İşçi qrup Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü əsasında formalaşdırılıb.

Bildirilib ki, ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin, o cümlədən Naxçıvanın Ombudsman Aparatının əməkdaşları bələdiyyə seçkilərində müşahidəçi qismində seçki məntəqələrində müstəqil olaraq müşahidə aparacaqlar.

Vurğulanıb ki, hər bir müşahidəçi yerlərdə aparılan müşahidənin nəticələri ilə bağlı məlumatı hər saatdan bir Ombudsmana təqdim edəcək və zərurət yarandığı təqdirdə hüquqların təmini istiqamətində Mərkəzi Seçki Komissiyası ilə birgə müvafiq tədbirlər həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri yanvarın 29-na təyin edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi