hia.az

Bakıdakı marketdə eşşək südü satılır? - QİYMƏT

57 dəfə baxılıb 24-01-2025, 11:34

Bakıdakı marketdə eşşək südü satılır? - QİYMƏT

Bakıdakı “Z market” mağazalar şəbəkəsində tərkibində eşşək südü olan kremlərin satışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bəziləri bu məhsulların eşşək südü olduğunu güman edib. 

Market bir neçə çeşiddə belə krem məhsulu satır. Qiymətlər kremlərin çeşidinə görə dəyişir: 2 manat 95 qəpik - 3 manat 55 qəpik.

Mütəxəssislər deyirlər ki, eşşək südü tərkibindəki protein, kalsium, şəkərin miqdanına görə ana südünə ən yaxın süddür. Tərkibində protein və şəkərin miqdarı ana südündəkindən daha çoxdur. İnək südü bəzi körpələrə allergiya verir, amma alimlərin araşdırmaları eşşək südünün heç bir allergik xüsusiyyətinin olmadığını təsdiq edib. Eşşək südü həzmi rahatlaşdırır, kökəlmə vermir. Bunun səbəbi onun tərkibində olan yağların digər südlərin tərkibində olan yağlardan az olmasıdır.

Amerika, Braziliya, Çili, Fransa, Almaniya, İtaliya, İngiltərə, Çin və bir çox ölklərdə xüsusi fermalarda bu süddən müxtəlif məhsullar hazırlayırlar. Eşşək südünün ən çox satıldığı ölkə Hollandiya və Almaniyadır.

Modern.az 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi