hia.az

24 yaşlı Camal yüksək balla akademiyada oxuyubmuş... - Foto

69 dəfə baxılıb 24-01-2025, 09:46

24 yaşlı Camal yüksək balla akademiyada oxuyubmuş... - Foto

 
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan ordusunun hərbi qulluqçusu Camal Hüseynov odlu silahdan açılmış atəş nəticəsində ölüb.

2001-ci il təvəllüdlü Camal Hüseynov Bakı şəhəri Səbayıl rayonunda yerləşən 50 saylı orta məktəbdə təhsil alıb.

C.Hüseynov qəbul imtahanında yüksək bal toplayıb. O, 573 balla Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olunub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsili alıb. Təhsil aldığı illərdə marketlərdən birində çalışıb.

Həlak olan hərbi qulluqçunun atası da bir müddət əvvəl vəfat edib, onun bir bacısı olub.

Hadisə ilə Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.(Modern.az)

 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi