hia.az
hia.az

"Ali təhsil haqqında" qanun bu il də qəbul edilməyəcək?

32 dəfə baxılıb 23-01-2025, 13:43

"Ali təhsil haqqında" qanun bu il də qəbul edilməyəcək?

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyası üçün İş planı məlum olub.

İşlər planında komitə üzvlərinin sessiya müddətində görəcəyi fəaliyyətlər qeyd olunub.

Ancaq planda çoxdan gözlənilən "Ali təhsil haqqında" qanunla bağlı hər hansı fəaliyyət nəzərdə tutulmayıb.

Qeyd edək ki, qanun layihəsi ilə bağlı ilk müzakirələr 2021-ci ildə başlayıb, ancaq hələlik qəbul edilməyib.

Komitənin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov da qanun layihəsinə toxunub. Onun sözlərinə görə, təhsillə bağlı qarşıda yeni vəzifələr durur.

“Bütün sahələrdə olduğu kimi təhsil sahəsində də dünyada yeni tendensiyalar baş verir. Önəmli məsələlərdən biri də "Ali təhsil haqqında" Azərbaycan Respublikası Qanunun qəbuludur. Təhsil ictimaiyyəti qanunun qəbulunu səbirsizliklə gözləyir. Qanunda bir çox mühüm məsələlər var. Onlardan biri də doktorantura səviyyəsində mərhələlərin 1-ə endirilməsidir. İnanıram ki, tezliklə qanun qəbul ediləcək və bu təhsilimizin inkişafına öz töhfəsini verəcək. Sonda birgə dinləmənin keçirilməsini təklif edirəm. Düşünürəm fikir mübadiləsi üçün bu çox önəmli məslədir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi