hia.az
hia.az

Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb

47 dəfə baxılıb 17-01-2025, 10:02

Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb


Gürcüstanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüş zamanı əlaqələrimizin daha da dərinləşməsi üçün zəruri olan bütün vacib məsələlər müzakirə olunacaq.

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda jurnalistlərə açıqlamasında belə deyib.

Nazirin sözlərinə görə, bu gün Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclası keçiriləcək ki, bu da iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə çox mühüm formatdır.

“Komissiyanın iclasında Gürcüstan və Azərbaycan hökumətinin üzvləri iştirak edəcək. Təbii ki, biz iki ölkə arasında münasibətlərdə mövcud olan bütün məsələləri, xüsusilə bizi Azərbaycanla birləşdirən müxtəlif sektorlardakı strateji tərəfdaşlığı müzakirə edəcəyik. Təbii ki, görüşlər ən yüksək səviyyədə keçiriləcək, Gürcüstanın Baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü olacaq və əlaqələrimizin daha da dərinləşməsi üçün zəruri olan bütün vacib məsələlər bu formatda müzakirə olunacaq"- Maka Boçorişvili deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi