hia.az
hia.az

Mərhum şahmatçı Vüqar Həşimovun atası ilə vida mərasimi keçirilib

46 dəfə baxılıb 9-01-2025, 10:21

Mərhum şahmatçı Vüqar Həşimovun atası ilə vida mərasimi keçirilib

Mərhum şahmatçı Vüqar Həşimovun atası, polkovnik Qasım Həşimovla vida mərasimi keçirilib.

Mərasimdə ictimaiyyət nümayəndələri, mərhumun yaxınları iştirak ediblər.

O, II Fəxri xiyabanda dəfn olunacaq.

Qasım Murtuza oğlu Həşimov 1949-cu ildə Goranboy rayonunda anadan olub. Uzun illər Mərkəzi Ordu İdman Klubunun rəisi vəzifəsində çalışıb.

Vüqarın karyerasında onunla birgə addımlayan Qasım Həşimov oğlunun ilk şahmat müəllimi kimi tanınıb. 2014-cü ildən keçirilən və Vüqar Həşimovun xatirəsinə həsr olunan şahmat üzrə superturnirin Təşkilat Komitəsinə rəhbərlik edib. 2016-cı ildə rəhbərlik etdiyi Vüqar Həşimov Şahmat Akademiyasını yaradıb.

Azərbaycanın Əməkdar məşqçisi olan Q.Həşimov 2023-cü ildə Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Qeyd edək ki, Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndindəki fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. O, yanvarın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi