hia.az
hia.az

Özəl sektorda çalışanların da əməkhaqqı artacaq - RƏSMİ

0 dəfə baxılıb Dünən, 11:11

Özəl sektorda çalışanların da əməkhaqqı artacaq - RƏSMİ


Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin əməkhaqqının artırılması nəzərdə tutulub.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.

Onun sözlərinə görə, ümumilikdə bu islahatdan 700 mindən artıq vətəndaş yararlanacaq:

“Onlardan 400 mini dövlət sektoru, 300 min özəl sektorda faəliyyət göstərən şəxslərdir. Azərbaycanda artıq minimum əməkhaqqının 400 manat müəyyən edilməsi dalğavari effekt yaradaraq digər üst pillələrdə olan şəxslərin əməkhaqlarının artırılmasına təsirini göstərir”.

O əlavə edib ki, fevralın 1-dən minimum pensiyalar da 320 manata çatdırılır, bu 14% artımdır:

“Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhaət edəcək”.

Sədr məlumat verib ki, müavinət və təqaüdlərin artırılması böyük kəsimi əhatə edən islahat nəzərdə tutulub:

“Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”.

H.Məmişov həmçinin deyib ki, tələbələr də dövlət dəstəyi diqqət mərkəzindədir, təqaüdlərin də artırılması məsələsi qarşıya qoyulub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi