hia.az

Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI

57 dəfə baxılıb 3-01-2025, 09:21

Azərbaycanda fəlsəfə doktoru dərəcəsi ən çox bu sahələrə verilib - SİYAHI

2024-cü ildə 368 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib.

Statistikaya görə, ən çox fəlsəfə doktoru dərəcəsi filalogiya elmləri (81 nəfər), iqtisad elmləri (55 nəfər) və tibb elmləri (40 nəfər) sahələrində verilib.

Həmçinin biologiya elmləri üzrə 30, pedaqogiya üzrə 26, tarix üzrə 19, kimya üzrə 18, siyasi elmlər üzrə isə 17 nəfər bu dərəcəni alıb.

Ötən il astronomiya və antropologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb.

Mexanika, yer elmləri, əczaçılıq elmləri və sosiologiya sahələrinin hər biri üzrə isə cəmi 1 nəfər bu dərəcəni alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi