hia.az
hia.az

Şəmkirdə Mədəniyyət Nazirliyinə məxsus klubda yanğın olub - YENİLƏNİB - FOTO

3 dəfə baxılıb 2-01-2025, 10:10

Şəmkirdə Mədəniyyət Nazirliyinə məxsus klubda yanğın olub - YENİLƏNİB - FOTO

 
Şəmkirdə Mədəniyyət Nazirliyinə məxus klub yanaraq külə dönüb.

Rayonun Tatarlı kəndində yerləşən Mədəniyyət Nazirliyinin balansında ümumi sahəsi 400 kv.m olan 1 mərtəbəli kənd Mədəniyyət evinin yanar konstruksiyaları və içərisində olan əşyaların 240 kv.m sahədə yanıb.

Mədəniyyət evinin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.

Qeyd edək ki, yanan bina Qazax-Tovuz Regional Mədəniyyət İdarəsin Şəmkir rayon Tatarlı kəndi Foklor evidir.

***

Şəmkirdə yanğın hadisəsi baş verib.

Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

Belə ki, kəndin Mədəniyyət Nazirliyinə məxsus klubunda anindən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Yanğın söndürülüb, yaxınlığdakı tikililər yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

 APA










XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi