hia.az
hia.az

Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzinin nümayəndələri Aktauya gəlib

49 dəfə baxılıb 28-12-2024, 13:20

Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzinin nümayəndələri Aktauya gəlib

Bu gün Qazaxıstanın Aktau şəhərinə Braziliyanın Təyyarə qəzalarının araşdırılması və qarşısının alınması mərkəzinin (CENIPA) araşdırma üzrə səlahiyyətliləri gəlib.

Bu barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, daha əvvəl Braziliyadan Aktauya “Embraer” təyyarələrini istehsal edən müəssisənin nümayəndələri gəlib.

Məlumat üçün bildirək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi