hia.az
hia.az

"Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb

56 dəfə baxılıb 27-12-2024, 15:03

"Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb

Milli Məclisdə "Beynəlxalq müqavilələr haqqında" yeni qanun layihəsi hazırlanıb.

"Report"un əldə etdiyi məlumata görə, layihəni işçi qaydada parlamentin Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsi hazırlayib.

Yeni qanun layihəsi qanunverici orqanın payız sessiyası üçün işlər planına salınsa da, sənədin gələn ilin yaz sessiyası müddətində Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

Xatırladaq ki, VII çağırış Milli Məclisin 2024-cü il payız sessiyası dekabrın 29-da yekunlaşacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi