hia.az
hia.az

Təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyeva ll Fəxri xiyabanda dəfn olunacaq

109 dəfə baxılıb 27-12-2024, 11:50

Təyyarə qəzasında həlak olan stüardessa Hökümə Əliyeva ll Fəxri xiyabanda dəfn olunacaq

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökümə Əliyeva ll Fəxri xiyabanda dəfn ediləcək.

Hökümə Əliyevanın atası və doğmaları mərhumun cənazəsinin qarşılamaq üçün Bakıya gəliblər.

Cənazə Bakıda keçiriləcək vida mərasimindən sonra II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.(Report)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi