hia.az
hia.az

QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir

1 dəfə baxılıb Bu gün, 10:25

QMİ sədri: Bəzi din xadimləri vahid geyim formasına əməl etmir

Bəzi din xadimləri vahid geyim formasına əməl etmir.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan din xadimlərinin ruhani zümrə olaraq cəmiyyətdə nüfuzunun artırılmasında vahid geyim formasının tətbiqi xüsusi önəm kəsb edir.

A.Paşazadə vurğulayıb ki, illər əvvəl Azərbaycanın milli xüsusiyyət və tarixi ənənələri ehtiva edən geyim forması işlənib, hazırlanıb, tətbiq edilib.

QMİ sədrinin sözlərinə görə, vahid ruhani formasının qəbulunda məqsəd hər bir uniforma daşıyan peşə sahibləri kimi din xadimlərinin də cəmiyyət içərisində şəxsi məsuliyyətinin artırılması və ictimai nüfuzunun təmin edilməsidir:

"Təəssüflər olsun ki, bəzi din xadimlərinin bu qaydaya riayət etməməsi, xarici görünüşlərinə laqeyd yanaşması, vahid geyim formasına əməl etməməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi