hia.az
hia.az

DİM sədri: Azərbaycanda psixometriya sahəsi üzrə mütəxəssislərin sayı çox azdır

47 dəfə baxılıb 19-12-2024, 15:14

DİM sədri: Azərbaycanda psixometriya sahəsi üzrə mütəxəssislərin sayı çox azdır


Azərbaycanda psixometriya sahəsi ilə məşğul olanların sayı azdır.

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, test yaratmaq sadə iş deyil:

"Testin yaradılması mürəkkəb elmi iş və prosesdir. Bu, psixometriyaya aid sahədir. Azərbaycanda bu sahə üzrə mütəxəssislərin sayı olduqca azdır. Müəyyən qədər var, amma on milyonluq Azərbaycandakı məktəb və universitetlərin sayı ilə nisbətdə rəqəm çox aşağıdır".

M.Abbaszadə əlavə edib ki, testlərin formalaşması, yoxlanılması, qiymətləndirilməsi üçün kifayət qədər peşəkar mütəxəssis tələb olunur.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi