hia.az
hia.az

Gənc qızın meyiti gecə idman kompleksinin həyətində tapıldı - Foto

64 dəfə baxılıb 19-12-2024, 11:08

Gənc qızın meyiti gecə idman kompleksinin həyətində tapıldı - Foto

Bakıda idman kompleksinin həyətində 23 yaşlı qızın meyiti tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 03 radələrində Xətai rayonu Xocalı prospektində baş verib.

Xocalı prospekti 25 ünvanında yerləşən idman kompleksinin həyətində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Nərmin Bəylər qızı İsgəndərovanın meyiti aşkar edilib. İlkin müayinə zamanı meyit üzərində zorakılıq əlaməti aşkar edilməyib.

Gənc qızın kompleksin həyətinə hansı məqsədlə gəlməsi, ölüm səbəbi və sair hələlik məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

Oxu.Az-ın məlumatına görə, Nərmin bloqer fəaliyyəti göstərirmiş. O, bədənşəkilləndirmə əməliyyatı etdirəndən sonra vəziyyəti pisləşib. Əməliyyatdan iki gün sonra aptekə gedib, daha sonra meyiti tapılıb.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi