hia.az
hia.az

Adılbek Kasımaliyev Qırğızıstanın Baş naziri təyin edilib

71 dəfə baxılıb 18-12-2024, 10:35

Adılbek Kasımaliyev Qırğızıstanın Baş naziri təyin edilib

Qırğızıstan Prezidenti Sadır Japarov Adılbek Kasımaliyevi Nazirlər Kabinetinin sədri və prezident administrasiyasının rəhbəri təyin edilməsi haqqında fərman imzalayıb.

Bu barədə Qırğızıstan KİV-ləri məlumat yayıb.

Daha əvvəl parlament A.Kasımaliyevin təyinatını yekdilliklə təsdiqləmişdi.

O, yeni nazirlər təyin etməyi planlaşdırmadığını deyib.

Bundan başqa, A.Kasımaliyev bəzi məsələlər, o cümlədən nəzarət-kassa aparatları, elektron əmtəə-nəqliyyat qaimələrinin tətbiqi və yanacaq-sürtkü materiallarının markalanması prosedurlarının sadələşdirilməsi mümkünlüyünün nəzərdən keçirilməsi üçün işçi komissiyanın yaradılacağını bildirib.

Ölkə prezidenti həmçinin Daniyar Amangeldiyevin Nazirlər Kabinetinin birinci müavini, Bakıt Sıdıkovun isə iqtisadiyyat və ticarət naziri təyin edilməsi haqqında fərmanlar imzalayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi