hia.az
hia.az

Kanadanın müxalifət lideri: Trüdo ölkədə vəziyyətə nəzarəti itirib

30 dəfə baxılıb 17-12-2024, 07:53

Kanadanın müxalifət lideri: Trüdo ölkədə vəziyyətə nəzarəti itirib

Kanadanın Baş naziri Castin Trüdo təkcə ölkədə baş verən proseslərə deyil, həm də öz Nazirlər Kabinetinə nəzarəti itirib.

"Report"un CTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pyer Pualyevr parlamentdə çıxışı zamanı deyib.

"Baş nazir nəzarəti itirdi, lakin hakimiyyətdən yapışmağa davam edir", - siyasətçi deyib. "Biz onun seçicilər, miqrasiya, xərclər, inflyasiya və mənzil xərcləri üzərində nəzarəti itirdiyini bilirdik, lakin indi öz Kabineti üzərində nəzarəti itirib", - Mühafizəkarlar Partiyasının lideri vurğulayıb.

Onu müxalifətdəki Yeni Demokrat Partiyasının rəhbəri Caqmit Sinqh də dəstəkləyib. Sinqh birbaşa rəqiblərindən Trüdonun nə vaxt istefa verəcəyini soruşub. Liberal deputatlar bu suallara məhəl qoymayıblar. Parlamentin həm də deputatı olan Baş Nazir bazar ertəsi parlamentin iclasına qatılmayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi