hia.az
hia.az

Naxçıvanda Maliyyə Forumu keçiriləcək

54 dəfə baxılıb 14-12-2024, 12:15

Naxçıvanda Maliyyə Forumu keçiriləcək

Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək

"Report"un yerli b Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək

ürosu xəbər verir ki, dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu təşkil ediləcək.

Forum muxtar respublikanın Maliyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

Forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.

Forum Azərbaycanın və muxtar respublikanın bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri ilə baş tutacaq.

Həmçinin Maliyyə Forumu muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri və digər mütəxəssislərin iştirakı ilə keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi