hia.az
hia.az

KİV: Dohada “Mossad” rəhbərinin girovlarla bağlı danışıqlarında irəliləyiş əldə olunub

48 dəfə baxılıb 13-12-2024, 08:25

KİV: Dohada “Mossad” rəhbərinin girovlarla bağlı danışıqlarında irəliləyiş əldə olunub

İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barneanın iştirakı ilə Dohada keçirilən danışıqlarda Fələstinin radikal “HƏMAS” hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi üzrə irəliləyiş əldə edilib.

Bu barədə “Walla” xəbər portalı yüksək rütbəli İsrail rəsmisinə istinadən məlumat yayıb.

Rəsmi şəxs qeyd edib ki, Dohada aparılan danışıqlar zamanı irəliləyiş əldə edilib və Barnea Qətərdən sövdələşmənin mümkün olduğuna dair müsbət hisslə qayıdıb.

Qeyd edək ki, Livanda əldə olunan atəşkəsdən sonra Qətər, ABŞ və Misirin vasitəçiliyi ilə “HƏMAS”la razılaşmaya dair danışıqlar yenidən başlayıb. Son regional hadisələr isə danışıqlara yeni təkan verib və rəsmilər razılıqların əldə olunacağına nikbindirlər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi