hia.az
hia.az

Overçuk: Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb

57 dəfə baxılıb 29-11-2024, 14:42

Overçuk: Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb


Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Moskvada keçirilən MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, Rusiya hökuməti beynəlxalq buraxılış məntəqələrinin modernləşdirilməsinə böyük diqqət yetirir. Overçuk noyabrın 28-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin bu məsələni qaldırdığını söyləyib.

Rusiya hökumətinin sədr müavini “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi barədə də danışıb. Bildirib ki, “Şimal-Cənub” dəhlizi qitəmizin şimal regionları, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamətdir: “Rusiya hökumətinin yeni tərkibində ilk dəfə olaraq nəqliyyat və logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi təsis edilib. “Şimal-Cənub” dəhlizi qitənin şimalı, Şərq ölkələri və Qlobal Cənub arasında əlaqəni təmin edən ən mühüm istiqamətlərdən biridir. Söhbət cənub istiqamətinə yeni marşrutların, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından və inkişafından gedir. Biz bu problemi kompleks şəkildə nəzərdən keçiririk. Bu, Qara dəniz, Cənubi Qafqaz və Xəzər regionlarına aiddir”.

Overçuk qeyd edib ki, Rusiya həm də Xəzər dənizinin sahili ilə Rusiya-Azərbaycan ərazisindən keçən və daha sonra İrana uzanan qərb marşrutunu fəal şəkildə inkişaf etdirir.

“Bu istiqamətdə çox fəal iş gedir. Bununla yanaşı, burada artıq Azərbaycandan keçməklə Rusiya-İran sərhədini birləşdirən avtomobil marşrutu, müasir yol mövcuddur. Bu yol artıq fəaliyyət göstərir. Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumətimiz beynəlxalq buraxılış məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirir”, - deyə Rusiya hökumətinin sədr müavini yekunlaşdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi