hia.az
hia.az

Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi

39 dəfə baxılıb 28-10-2024, 16:07

Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi

Şəki şəhərində yerləşən “Şərifoğlu” tikinti materialları mağazasının sahibi həbs edilib.

36 yaşlı iş adamı S.Kərimli (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

Bildirilib ki, Şəkidə tarixi məkanlara gedən marşrutun üzərində yerləşən mağazanın sahibi dəfələrlə tikinti materiallarını Zərifə Əliyeva küçəsinin kənarına və səkiyə yığıb. Ona həmin yerlərə materialları yığmaması barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib.

Növbəti monitorinq zamanı S.Kərimli polis əməkdaşlarının tələbinə qarşı çıxıb və satış üçün nəzərdə tutulmuş malları anbara daşımayıb.

Onun barəsində İXM-nin 510 və 535-ci maddələrinə əsasən protokol tərtib edilərək məhkəməyə göndərilib.

Şəki Şəhər Məhkəməsinin qərarı ilə sahibkara 15 sutka inzibati həbs cəzası verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi