hia.az
hia.az

Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir

65 dəfə baxılıb 28-10-2024, 13:19

Gürcü spiker: Müxalifət dövlət çevrilişi ssenarisini izləyir


Müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir.

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib. O, Gürcüstan xalqının bu cür fəaliyyətləri dəstəkləməyəcəyini əlavə edib.

“Hər şey eynilə bizim daha əvvəl də dediyimiz kimi müxalifət tərəfindən yazılmış ssenari üzrə gedir. Biz bunu ona görə deyirdik ki, onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 90-cı illərdən və digər ölkələrdən də xatırlayırıq, onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də onlar bütün bu ssenariyə hazırlaşıblar. Onlar seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıblar. Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa və demokratik seçkilərə ziddir. Gürcü xalqı belə fəaliyyətlərin ardınca getməyəcək”, - Papuaşvili deyib.(APA)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi