hia.az
hia.az

Emin Əmrullayev: "Basketbolda bir çox hədəflərə nail olmuşuq"

62 dəfə baxılıb 10-10-2024, 15:12

Emin Əmrullayev: "Basketbolda bir çox hədəflərə nail olmuşuq"


Bir il əvvəl arzular və hədəflər haqqında danışırdıq. Artıq bir çox hədəflərə nail olmuşuq. Bunun üçün bütün oyunçularımıza təşəkkür edirəm.

Bunu Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev Azərbaycan Basketbol Liqasının yeni mövsümünün açılışına həsr edilmiş tədbirdə deyib.

Qurum rəhbəri federasiyanın hədəflərindən söz açıb:

"Addım-addım, mərhələli şəkildə uğurlara irəliləməliyik. Sistemi düzgün qurmalı və mühiti formalaşdırmalıyıq. Əsas məqsədlərdən biri uşaq basketbolunu inkişaf etdirməkdir. Qarşımıza daha böyük hədəflər qoymalıyıq. Aşağı yaş qruplarının C Divizionundakı nəticələr bizi sevindirir. B Divizionunda çıxış etməliyik. İlk nəticələr bizi sevindirməyə bilər. Növbəti beç ildə isə A Divizionunda oynamağı qarşımıza məqsəd qoymuşuq. Asan deyil, amma buraya qədər gəlsək, özümüzü basketbol ölkəsi adlandıra bilərik".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi