hia.az
hia.az

Azərbaycanın aldığı yeni qırıcıların üstünlükləri nələrdir? - Fotolar

29 dəfə baxılıb 25-09-2024, 12:45

Azərbaycanın aldığı yeni qırıcıların üstünlükləri nələrdir? - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Bu təyyarələr Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq istehsal edilib.

JF-17C (Block-III) birmühərrikli və çoxməqsədli döyüş təyyarəsidir.

Bu təyyarələr hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi