hia.az
hia.az

Azərbaycan bu məşhur veriliş bağlandı

72 dəfə baxılıb 10-09-2024, 08:49

Azərbaycan bu məşhur veriliş bağlandı

Speys TV-nin rəhbərliyi aparıcı Amil Xəlilin aparıcısı və müəllifi olduğu "Gəl danış" sosial-kriminal verilişini bağlayıb.

Bu barədə aparıcının özü sosial şəbəkədə məlumat yayıb.

"Dostlar bu mövsümdən etibarən “Gəl, danış” sosial-kriminal layihəmiz yayımlanmayacaq. 9 il ərzində şou etmədim, mövzuları teleseriala çevirmədim. Bacardığım qədər üz tutan insanların sosial şəbəkələrdə yox, efirdə məsələsini həll etdim. Bir sözlə 9 ildə çox işlər gördük, rəsmi qrumlarla bərabər çalışdım. Mən müəmmalı ölüm hadisələrini jurnalist olaraq araşdıranda, hələ o mənəm-mənəm deyən aparıcılar “cuq-cuq” mövzularını yayımlayırdı. Bir sözlə qərara hörmətlə yanaşıb, yayımı dayandırdıq. Rəhbərimiz “Əgər millət narazıdırsa, biz etməyək” qərarını verdi. Bu mövsüm Speys TV çox möhtəşəm və dəyərli layihələrlə görüşünüzə gəlir. Sizlər də sözünüzün üstündə durun. Sizə hörmət edənlərə qiymət verin. Sizin narazılığınıza hörmətlə yanaşan rəhbəri, jurnalisti üstün tutun", - aparıcı bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi