hia.az
hia.az

KİV: İsrail Suriyadakı İranın raket istehsalı bazasını vurub

79 dəfə baxılıb 9-09-2024, 07:21

KİV: İsrail Suriyadakı İranın raket istehsalı bazasını vurub


İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bildirilib ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir.

Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal edən Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.

İsrail Müdafiə Qüvvələri Suriyaya raket hücumu ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi