hia.az
hia.az

Kart Putinin əlindədir, bir gecədə bitirə bilər - Pavel

60 dəfə baxılıb 30-08-2024, 08:13

Kart Putinin əlindədir, bir gecədə bitirə bilər - Pavel

Qərbin verdiyi silahlardan necə istifadə edəcəyinə Ukrayna özü qərar verməlidir. Bu, digər məsələlərlə yanaşı, F-16 qırıcılarına da aiddir.

Bunu Çexiya Prezidenti Petr Pavel bildirib.

“Əgər BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən biz Ukraynaya hərbi əməliyyatlarda bilavasitə iştirak etməklə deyil, özünü təcavüzdən müdafiə etmək və ona maddi təchizatla kömək etmək istəyiriksə, o zaman bu silah təchizatından necə istifadə edəcəyinə qərar vermək Ukraynanın işidir", - P.Pavel söyləyib.

Çexiya prezidenti qeyd edib ki, Rusiya ilkin olaraq Ukraynaya müdaxilə etməsəydi, Ukrayna hərbçiləri Rusiya ərazisində yerləşən hədəflərə hücum etməli olmayacaqdı.

"Əsas kart Prezident Putinin əlindədir. O, müharibəni bir gecədə bitirə bilər", - Pavel vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi