hia.az
hia.az

İranda SEÇKİ HAZIRLIĞI – Yeni Prezidentin dönəmində Azərbaycanla münasibətlər DƏYİŞƏCƏKMİ?

42 dəfə baxılıb 31-05-2024, 14:27

İranda SEÇKİ HAZIRLIĞI – Yeni Prezidentin dönəmində Azərbaycanla münasibətlər DƏYİŞƏCƏKMİ?

Son dövrlərdə İran və Azərbaycan arasında münasibətlərin normallaşması iki ölkə arasında əməkdaşlığın inkişafı üçün yeni fürsətlər yaradıb.

Lakin İranın mərhum prezidenti Rəisinin helikopter qəzasında vaxtsız həlak olmasından sonra iki ölkə arasında əməkdaşlığın gələcək perspektivləri ilə bağlı müəyyən suallar yaranıb.

Digər tərəfdən, Rəisinin həyatını itirməsindən sonra İranda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi elan olunub.

Bəs maraqlıdır, yeni Prezidentin hakimiyyəti dövründə İranın Azərbaycanla münasibətlərində hansısa dəyişiklik olacaqmı?

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, Rəisinin yerinə kim gəlirsə, gəlsin, reallıq indiki vəziyyətdə davam edəcək:

“Çünki Prezident və hökumət dövlətin xarici siyasi konsepsiyasını hazırlamır. XİN müxtəlif təkliflərlə çıxış edə və xarici siyasi konsepsiyasın hazırlanmasında iştirak edə bilər. Bütün bunlar hamısı Əli Xameneinin rəhbərlik etdiyi Ali Rəhbərlik İnstitutu tərəfindən təsdiqlənir, yönəldilir, nəzarət olunur.

Seyid Əli Xameneinin ətrafında xarici siyasəti yönəldən qurum var. Məsələn, Xameneinin beynəlxalq məsələlər və xarici siyasət üzrə müşaviri var. Bütün bu qurumlar xarici siyasət məsələlərini hazırlayır, hökumət icra edir, hökumətin tərkibində icra funksiyasını XİN həyata keçirir.

Prezident bütövlükdə siyasi kabinetin fəaliyyətinə, icrasına nəzarət edə bilir. Prezident heç bir xarici siyasi əlaqələri nə qurur, nə də pozur. Çünki buna nə gücü var, nə səlahiyyəti. Prezident ayrı-ayrı məqamlarda müxtəlif açıqlamalar, bəyanatlar verə bilər. Lakin bu, münasibətlərin dəyişməsinə əsaslı təsir göstərmir”.

Bizim.Media


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi