hia.az
hia.az

Türkiyə səfirliyində bayraqlar yarıya ENDİRİLDİ

97 dəfə baxılıb 20-01-2024, 11:51

Türkiyə səfirliyində bayraqlar yarıya ENDİRİLDİ

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.

Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib.

"Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. O gecə qəhrəmanlar həyatlarını qurban verdilər. Bu gün hürriyyət, azadlıq arzusunun başladığı tarixdir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. İnanırıq ki, bütün şəhidlər sadəcə Azərbaycan xalqının deyil, Türkiyə xalqının da ürəyində yaşayır və əbədi olaraq yaşayacaq", - diplomat bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi