hia.az
hia.az

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı

54 dəfə baxılıb 13-01-2024, 09:12

Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırdı

Rəcəb Tayyib Ərdoğan bu gün saat 14:30-da Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe iqamətgahında Təhlükəsizlik Şurasının iclasını keçirəcək. 

Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun “X” hesabında bildirib. 

Toplantıda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcək. 

Xatırladaq ki, yanvarın 12-də Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Kilid” antiterror əməliyyatı zamanı 9 türk əsgəri şəhid olub. 


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi