hia.az
hia.az

Zahid Oruc prezidentliyə namizəd oldu

18 dəfə baxılıb 16-12-2023, 10:06

Zahid Oruc prezidentliyə namizəd oldu

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizəd olacaq.

Zahid Oruc bu barədə Bakupost.az-a açıqlamasında bildirib.

Zahid Oruc qeyd edib ki, Vətən müharibəsindən sonra keçirilən ilk seçkilərdə iştirak hər bir vətənsevər azərbaycanlının müqəddəs amalı, son 300 illik tariximizin dönüş anı, mühüm dövlətçilik imtahanı və beynəlxalq siyasi hadisədir.

O bildirib ki, tarixdə bənzəri olmayan Böyük Qayıdışın taleyi də millətimizin mütəşəkkilliyindən asılıdır: “Biz elə etməliyik ki, 7 fevral tarixi şanlı ordumuzun Xankəndi yürüşünün davamı, azad torpaqlara qayıdan millətimizin paradı olsun. Ona görə də namizədliyimi öz təşəbbüsümlə irəli sürərək, qalib azərbaycanlıların “Ədalətin Zəfər çaldığı Azərbaycan” arzularına söykənir, seçkiləri yeni ideya və baxışlarımıızın Qələbə tribunasından təqdim edilməsi imkanı kimi dəyərləndiririk”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi