hia.az
hia.az

Müəllimlər şagirdləri evə buraxırlar? - AÇIQLAMA

101 dəfə baxılıb 7-12-2023, 09:13

Müəllimlər şagirdləri evə buraxırlar? - AÇIQLAMA


Dekabrın 7-də Azərbaycanda baş vermiş zəlzələ zamanı paytaxtdakı təhsil müəssisələrində fövqəladə hallarla bağlı davranış qaydalarına uyğun olaraq, təkan hiss olunan ərazilərdə müəllim və şagird kollektivinin uyğun vaxt ərzində həyətdə öncədən müəyyən edilmiş, binadan aralı Toplanış məntəqələrində toplanması təmin olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenixeber.org-a verilən məlumata görə, təhsil müəssisələrinin rəhbərliyi tərəfindən uşaqlara, şagird və valideynlərə həyəcanlanmamaq və əlavə narahatlığa yol verməmək tövsiyə olunub.

Bununla belə bəzi təhsil müəssisələrində valideynlər şəxsi narahatlıqları səbəbindən könüllü olaraq övladını götürüblər.

Qeyd edək ki, hazırda paytaxtdakı təhsil müəssisələrində tədris prosesi davam edir.

Heç bir təhsil müəssisəsində dağıntı halı qeydə alınmayıb.

Qeyd edək ki, sosial şəbəkələrdə bəzi məktəblərdə müəllimlərin şagirdləri evə buraxdıqları iddia olunurdu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi