hia.az
hia.az

Azərbaycana qarşı təxribatlarla bağlı xəbərdarlıq: 90-cı illərdə də belə idi..

100 dəfə baxılıb 6-12-2023, 09:09

Azərbaycana qarşı təxribatlarla bağlı xəbərdarlıq: 90-cı illərdə də belə idi..

Azərbaycana qarşı dezinformasiya müharibəsi genişlənib.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

"Son bir neçə gündə təxribat məqsədilə yayımlanan xəbərlərə diqqət yetirək:

1. “Azərbaycanın açdığı atəş nəticəsində erməni hərbçi ölüb”;

2. “Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Jozep Borel 150 min (?!) erməninin zorla Qarabağdan çıxarıldığını bildirib”;

3. “Azərbaycan Ukraynaya mərmi göndərib”.

Bunların yalan olduğunu biz bilirik, ancaq bu dezinformasiyalar geniş auditoriyası olan xarici media qurumlarında yayımlanır. 1990-cı illərdə də belə idi, torpaqlarımız ard-arda işğal olunurdu, soyqırımlar baş verirdi, yüzminlərlə soydaşımız yurdlarından qovulurdu, ancaq beynəlxalq mediada bizi təqsirkar çıxarırdılar, informasiya blokadasında idik. Sonrakı illərdə informasiya blokadasanı yarsaq da, “ikili standartlardan” qurtulmamışıq. Bütün hallarda informasiya işində fəallığı artırmalıyıq", - politoloq vurğulayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi