hia.az
hia.az

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Laçına qayıdır

96 dəfə baxılıb 29-11-2023, 06:05

Keçmiş məcburi köçkünlərin daha bir qrupu doğma Laçına qayıdır

Laçının daha 63 sakini doğma yurda qayıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Noyabrın 29-da növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 17 ailə - 63 nəfər köçürülür.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 363 ailə, yəni 1 389 nəfərin daimi məskunlaşması təmin edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi