hia.az
hia.az

Quru sərhədlərlə bağlı VACİB XƏBƏR: Yanvardan...

52 dəfə baxılıb 20-11-2023, 15:19

Quru sərhədlərlə bağlı VACİB XƏBƏR: Yanvardan...


Uzun müddətdir ölkədə narahatlığa səbəb olan problemlərdən biri quru sərhədlərin açılmamasıdır.

Artıq 3 ildir ki, quru sərhədlər bağlıdır. Xüsusən yaxınları və özü xaricdə olan vətəndaşlarımız narahatdır. Quru sərhədlər bağlı, təyyarə biletləri baha olduğundan əksəriyyət uzun müddət ölkəyə gələ və ya yaxınlarının yanına gedə bilmir.

Son dəfə quru sərhədlərin noyabrda açılacağı deyilsə də, lakin hələ də bağlıdır. Quru sərhədlərin il sonuna qədər açılması gözlənilir?

Deputat Fazil Mustafa açıqlamasında bildirib ki, quru sərhədlərin açılması ilə bağlı hələ ki bir qərar yoxdur: “Biz də təklif etmişik ki, xəstə və tələbələr üçün bu məsələ asanlaşdırılmalı, quru sərhədlər açılmalıdır. Ancaq hələ Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı yeni qaydalar qəbul etməyib. Ümid edək ki, yanvar ayından bu məsələ öz həllini tapsın”.

Müsahibimiz qeyd edib ki, hər halda bunun hansı motivlərlə edildiyi məsələsi dəqiqləşdirilir. “Daha çox təhlükəsizliyi təmin etmək və yayılma ehtimalı olan hər hansı virusun qarşısını almaq düşünülə bilər. Kifayət qədər zəruri məsələdir, mütləq bu yollar açılmalıdır”, - deyə Fazil Mustafa vurğulayıb.

Deputat Razi Nurullayev də açıqlamasında bildirib ki, quru sərhədlərinin bağlı qalması hər bir Azərbaycan vətəndaşını narahat edir: O cümlədən, deputatı kimi məni də narahat edir. Təbii ki, quru sərhədlərinin bağlı qalması üçün hökumətin də əlində kifayət qədər əsaslar var idi. Ümid edirəm ki, artıq bu narahatlıq aradan qalxıb və bundan sonra quru sərhədlərinin bağlı qalmasına ehtiyac yoxdur”.

Deputat ümid edir, Nazirlər Kabineti quru sərhədlərinin bağlı qalmasını noyabrdan o tərəfə uzatmayacaq: “Çox istərdim ki, tez bir zamanda quru sərhədlərinin açılması ilə bağlı bir qərar verilsin".

R.Nurullayev qeyd edib ki. doğrudan da, quru sərhədlərimizin bağlı qalması həm iqtisadiyyatımıza ziyandır, həm də turizmin inkişafını ləngidir: "O cümlədən, qonşu ölkələrdə yaşayan vətəndaşlarımızın Azərbaycana giriş-çıxışına ciddi əngəl yaradır. Bu hal onlar üçün əlavə maliyyə yükü yaradır. Bu baxımdan quru sərhədlərinin tez bir zamanda açılmasının tərəfdarıyam. Ümid edirəm ki, bu uzatma son olacaq, yanvar ayında insanlarımız quru sərhədlərindən istifadə edə bilər. Yanvarı gözləmədən dekabrda açılacağına da ümid etmək istəyirəm".

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin martında Covid-19 virusu yayılarkən pandemiyanın qarşısının alınması məqsədilə ölkənin quru sərhədlərini gediş-gəlişə bağlayıb. (Bakıvaxtı.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi